image-uydu-2220071_1backend

Böyük bir peyk kosmosda müəmmalı şəkildə parçalandı

Yerin orbitində zibillərin sürətlə artmasına yenisi əlavə edilib. Böyük bir rabitə peyki müəmmalı şəkildə parçalandı və Avropa, Mərkəzi Afrika, Yaxın Şərq, Asiya və Avstraliyadakı rabitə istifadəçilərinə təsir etdi.
Elchi.az xəbər verir ki, Ekvator ətrafında sabit orbitdə, Hind okeanından təxminən 35 min kilometr yüksəklikdə yerləşən Intelsat 33e peyki genişzolaqlı internet xidməti təqdim edib.
Lakin oktyabrın 20-də verilən ilk məlumatlarda peykin birdən-birə gücünü itirdiyi bildirilirdi. Bir neçə saat sonra ABŞ Kosmik Qüvvələri peykin ən azı 20 hissəyə parçalandığını təsdiqləyib.
Bəs nə baş verdi? Daha da önəmlisi, kosmosa daha çox peyk göndərildikcə bu cür hadisələrin artacağını gözləmək lazımdırmı?

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki