image-download-2025-02-26t194313-979backend

Biləsuvarda “Kalaşnikov” avtomatı aşkarlandı

Biləsuvar rayonunda “Kalaşnikov” avtomatı aşkarlanıb.
Elchi.az xəbər verir ki, Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin ərazisində bağlamanın içərisində silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd AKM-74 markalı avtomat, 59 ədəd patron darağı və 2 003 ədəd patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki