image-33backend

Bild: Leyen təyyarədə olan bir adamı xilas etdi

Avropa Komissiyasının sədri Ursula von der Leyen “Swiss Air”-ə məxsus LX780 reysi ilə Sürixdən Brüsselə uçan sərnişinə tibbi yardım göstərib.

Elchi.az bildirir ki, bu barədə Bild nəşri sərnişinlərdən birinə istinadən xəbər verir.

“Sərnişinlərdən birinin köməyə ehtiyacı olanda biz Brüsselə qayıdırdıq, ekipaj həmişəki kimi tibbi biliyi olanlardan cavab vermələrini istədi”,-deyə Leyen bildirib.

Sərnişinlər biri isə qeyd edib ki, təyyarə Brüssel hava limanında təcili eniş üçün prioritet alıb, qurbanı həkimlər burada qarşılayıblar. Hadisə şahidlərinin sözlərinə görə, həkimlər kömək göstərərkən, qalan sərnişinlər təyyarədə qalıb. Hadisədən sonra Avropa Komissiyasının rəhbəri planlaşdırılan görüşü tutmaq üçün qara Mercedes-də hava limanını tərk edib.

Leyen 1991-ci ildə doktorluq dərəcəsi aldığı Hannover Tibb Məktəbində tibb dərəcəsinə malikdir. O, qeyd edib ki, belə hallarda kömək etmək həkimlər üçün borcdur. Nəşr onu da aydınlaşdırır ki, o, ilk dəfə deyil ki, uçuş zamanı sərnişinlərin köməyinə gəlir.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki