image-iran_mfa_041124_1backend

Bekayi: Terrorçuların Suriyadakı hərəkətləri ABŞ və İsrailin planıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Suriyadakı son vəziyyəti dəyərləndirib. Bekayi açıqlamasında bu hərəkətlərin İsrail və ABŞ-ın Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsi olduğunu və Astana razılaşmalarının pozulması olduğunu bildirib.
Elchi.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi terrorizmin hər növünü pislədiklərini bildirərək, “Son iki gündə Suriyada terrorçu qrupların hərəkətləri terrorçu İsrail rejimi və ABŞ-ın Qərbi Asiya regionunda sabitliyi pozmaq planının bir hissəsidir” deyib.
Bekayi Astana prosesinin qarantları (Türkiyə, Moskva və Tehran) arasındakı razılaşmalara əsasən, Hələbin şimal və şimal-qərbindəki rayonların və İdlibin “münaqişəsiz zona” hesab edildiyini ifadə edərək, “Terror qrupları Bu bölgələrə hücum Astana prosesində razılaşmaların kobud şəkildə pozulmasıdır”. Bekayi həmçinin xəbərdarlıq edib ki, beynəlxalq ictimaiyyət tərəfindən Suriyada “terror hərəkatları” ilə mübarizədə terror fenomeninin qarşısının alınması və xəbərdarlıq edib ki, Suriyada “terror hərəkatları” ilə mübarizədə hər hansı bir gecikmə son illərdə terrorizmlə mübarizədə əldə edilmiş bütün nailiyyətləri təhlükə altına salacaq və regionu yeni bir təhlükəsizlik və qeyri-sabitlik dalğasına sürükləyəcək.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki