image-50a578-jpgbackend

Balidə otel otağının tavanı yatan turistin üzərinə uçub

Bali adasındakı otel otağının tavanı gecə saatlarında yatmış turistin üstünə çöküb.
Elchi.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.
Hadisənin Pandava çimərliyindəki oteldə baş verdiyi dəqiqləşdirilir. İsveçli 23 yaşlı Alma Lagerstedt qeyri-adi xırıltı səsi ilə oyanıb. Qısa müddət sonra tavan uçaraq bütün otağı zibillə doldurdu. Şoka düşən əcnəbi belə vəziyyətdə nə edəcəyini bilməyib və dərhal dostunun evinə köçüb.
Otel rəhbərliyi onun qaldığı günlərin pulunu qaytarsa da, kompensasiyadan söhbət getmir.
Bundan əvvəl güclü turbulentlik zamanı bir nəfərin Air Europa təyyarəsində başını vurması videoya düşüb. Bütün bunlar İspaniyadan Uruqvaya uçan Boeing 787 Dreamliner təyyarəsinin göyərtəsində baş verib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki