Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarda texniki nasazlıq səbəbindən Goradil stansiyasında dayandığı üçün sərnişin sürət qatarlarında gecikmələr baş verib.
Bu barədə Elchi.az-a ADY-dən məlumat verilib.
“Bu səbəbdən saat 18:00-19:00 radələrində Bakı-Xırdalan-Sumqayıt və Bakı-Pirşağı-Sumqayıt marşrutları üzrə hərəkət edən qatarlarda gecikmə müşahidə olunub”, – ADY-dən bildirilib.