image-8d41dd46-e731-3b7c-8b2c-cdaa827da8e7_850backend

Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət 12 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 4 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 118,3 manat təşkil edib.

Elchi.az  Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.

Hesabat dövründə ən yüksək qiymət 239,8 manat olmaqla Qəbələdə qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 9,7 % azdır.

İkinci yerdə 212,9 manat olmaqla Naftalanın hotelləri qərarlaşıb. Bu, illik müqayisədə 2,3 % azdır.

4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5,7 % artıb.

Qubada 4 ulduzlu hotellərdə bir gecə qalmaq 140,6 manata (+32,8 %), Qusarda 120,1 manata (+4,3 %), Oğuzda 120 manat (qiymət dəyişməyib), Bakıda 116 manata (10,7 %), Şəkidə 115,3 manata (10,4 % ), Abşeronda 114,2 manat (+6,7 %), İsmayıllıda 113,6 manata (+9,2 %), Gəncədə 111,1 manata (+1 %), Astarada 104,5 manata (-7,5 % ), Zaqatalada 95 manata (qiymət dəyişməyib), Naxçıvanda 93,8 manata ( –20,5 %), Göyçayda 90 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Lənkəranda 63,7 manata, (- 7,%) Şamaxıda 60 manata (ötən ilin eyni dövründə rayonda 4 ulduzlu hotel olmayıb), Sabirabadda 55 manata (qiymət dəyişməyib) başa gəlib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki