image-gw7omaqjg6f1yn5ffowqbackend

Azərbaycan Ordusu hücuma keçsə… – Melkonyan

Ermənistanla Azərbaycan arasında sülh yalnız qüvvələr balansına əsaslanmalıdır. Hazırda isə qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişib.
Elchi.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Sergey Melkonyan deyib.
O iddia edib ki, Bakı strateji danışıqlarla birtərəfli güzəştlər tələb etməyə davam edəcək:
“Bunun üçün əsası Ermənistanda revanşist qüvvələrin mövcudluğudur. Ermənistan indi təhlükəsizliyini təkbaşına təmin etmək gücündə deyil. Heç kim Azərbaycana təzyiq etməyəcək. İndi bizim heç bir əsasımız yoxdur ki, “Azərbaycanın sülh müqaviləsi imzalamayacağı, hətta Ermənistana hücum edəcəyi təqdirdə Bakını kimsə cəzalandıracaq” deyək. Əksinə, heç kim səsini çıxarmayacaq, yalnız bəyanatlar verəcəklər”.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki