Bu gün ATƏT Parlament Assambleyasının payız sessiyası keçiriləcək.
Alp.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Respublikası Milli Məclisinin ATƏT Parlament Assambleyasındakı (ATƏT PA) nümayəndə heyətinin üzvü, deputat Tural Gəncəliyev verib.
Gəncəliyev bildirib ki, ATƏT Parlament Assambleyasının sessiyası onlayn formatda keçiriləcək.
Sessiyada Aralıq dənizi hövzəsində və Əfqanıstanda cari vəziyyət müzakirə olunacaq.