image-owl_detail_240_89651e52456b5adc05d6753613e59620backend

Argentina Britaniya ilə mübahisəli adaları geri qaytarmaq qərarına gəlib

Britaniya tərəfinin Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyə ötürməsindən sonra Argentina Böyük Britaniya ilə mübahisəli olan Folklend adalarını  qaytarmaq qərarına gəlib.

Elchi.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Diana Mondino “X” sosial şəbəkəsində  məlumat verib.

Argentinanın xarici işlər naziri yazıb: “Başladığımız yolla Malvinas adalarımız üzərində tam suverenliyi bərpa edəcəyik”.

Mondino qeyd edib ki, Mavrikiy Çaqosu geri almağa müvəffəq olub və bu, Afrikadakı son Britaniya koloniyasının sonu deməkdir. Buenos Ayres bu addımı alqışlayır, nazir vurğulayıb.

Qeyd edək ki, bu barədə oktyabrın 3-də Britaniya Mavrikiya ilə Britaniya-Amerika hərbi bazasının yerləşdiyi Dieqo Qarsiya adasının da daxil olduğu Çaqos arxipelaqı üzərində suverenliyin verilməsi barədə razılığa gəlib. Bu bazanın davamlı fəaliyyətini təmin etmək üçün 99 il Londonun nəzarəti altında qalacaq.
Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki