image-ali-mehkemebackend

Ali Məhkəmənin hakimi təqaüdə göndərildi

Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimi Əziz Seyidov təqaüdə göndərilib.

Elchi.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.

Qeyd edilib ki, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Əziz Seyidovun uzun illər prokurorluq orqanlarında və Ali Məhkəmədə səmərəli fəaliyyətindən danışaraq ona uğurlar arzu edib.

Ə.Seyidova Məhkəmə-Hüquq Şurası adından fəxri döş nişanı təqdim olunub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki