image-abd-ukraynaya-destegini-surdurecegini-acikladi-jra3backend

ABŞ Ukraynaya dəstəyini davam etdirəcəyini açıqlayıb

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.
Elchi.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) verdiyi açıqlamaya görə, Lloyd Ostin Pentaqonda Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb.
Nazirlər Ukrayna mülki əhalisini və kritik infrastrukturu Rusiyanın hücumlarından qorumaq üçün artilleriya sursatları və zirehli texnika, eləcə də hava hücumundan müdafiə kimi təhlükəsizlik yardımı prioritetlərini müzakirə ediblər və ABŞ və Ukrayna arasında strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Ostin təsdiqləyib ki, Birləşmiş Ştatlar “azad, təhlükəsiz və suveren Ukrayna”ya dəstəyini davam etdirəcək.
İki nazir həmçinin sentyabrın 6-da Almaniyadakı ABŞ-ın Ramşteyn Hava Bazasında keçiriləcək və təxminən 50 müttəfiq və tərəfdaşın Ukraynanın təcili müharibə ehtiyaclarını müzakirə edəcəyi Ukrayna Müdafiə Əlaqə Qrupunun (UDCG) görüşünə də toxunub.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki