“Ukrayna münaqişəsi tezliklə həll olunmazsa, ABŞ Rusiya ilə müharibəyə cəlb olunmaq riski ilə üzləşə bilər”.
Elchi.az xəbər verir ki, bu barədə MKİ-nin keçmiş analitiki Corc Bib britaniyalı politoloq Anatol Livenlə “Responsible Statecraft” nəşri üçün birgə məqaləsində bildirib.
“Biz qəbul etməliyik ki, Ukrayna getdikcə daha çox ərazi itirəcək, eyni zamanda onun iqtisadiyyatı və infrastrukturu yaxın gələcəkdə məhv olacaq. Alternativ ABŞ və Rusiya arasında birbaşa müharibəyə doğru eskalasiya ola bilər”, – deyə analitik yazıb.
Materialın müəllifləri vurğulayıblar ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezident seçkilərində hipotetik qələbə qazanacağı təqdirdə Demokratlar Partiyası onun Ukraynadakı münaqişənin həllinə mane olmaq üçün hər şeyi edəcək. Eyni zamanda Bib və digər məqalə müəllifi Liven əlavə edib ki, Kamala Harris seçilərsə, respublikaçılar da oxşar şəkildə hərəkət edəcəklər.
Yeganə
Mənbə: Lenta.ru