ABŞ-nin NATO tərəfdaşları müdafiəyə ÜDM-in ən azı 5 %-ni xərcləməlidir.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Davosda keçirilən Dünya İqtisadi Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı bildirib.
“Bütün NATO ölkələrindən xahiş edəcəyəm ki, müdafiə xərclərini ÜDM-lərinin 5 %-i həcminə qaldırsınlar”, – o deyib.
Qeyd edək ki, NATO ölkələri hazırda ÜDM-in azı 2 %-ni müdafiəyə xərcləməyə çalışırlar.