image-bbdc6c07-e0c7-32e6-b5d1-5b47b2e03550_850backend

ABŞ-nin neft ehtiyatları bir həftə ərzində 4,1 milyon barel artıb

ABŞ-də kommersiya məqsədli neft ehtiyatları həftə ərzində 4,1 milyon barel artaraq 7 fevral 2025-ci il tarixinə 427,9 milyon barel təşkil edib.

Elchi.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Qurumdan bildirilib ki, ehtiyatların hazırkı həcmi ilin bu dövrü üçün beşillik orta göstəricidən 4 % azdır.

Məlumata görə, Londonun ICE birjasında “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 1,27 % ucuzlaşaraq 76,02 dollar/barelə, WTI markalı neftin mart fyuçerslərinin dəyəri isə 1,46 % ucuzlaşaraq 72,25 dollar/barelə bərabər olub.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki