Wall Street Journal-ın (WSJ) məlumatına görə, ABŞ kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə hücumlar planlaşdırdığını bildirib.
Elchi.az xəbər verir ki, WSJ-nin xəbərinə görə, kəşfiyyat məlumatı olan şəxslərə əsaslanaraq, ABŞ kəşfiyyatı İsrailin İrana hücuma hazırlaşdığına dair məlumatları ehtiva edən hesabat hazırlayıb.
Hesabatda ABŞ-ın keçmiş prezidenti Co Baydenin prezidentlik müddətinin sonuna doğru İsrailin İrana hücumu riskinin artdığı bildirilib.
İranın hərbi infrastrukturunun son vaxtlar “zəiflədiyi” bildirilən hesabatda Yaxın Şərqdə hərbi fəaliyyətlərin arta biləcəyi barədə xəbərdarlıq edilib.
ABŞ kəşfiyyatının hazırladığı ikinci hesabatda İsrailin ABŞ prezidenti Donald Trampın prezidentlik müddətinin ilk günlərində İranın nüvə obyektlərinə hücum etməyə hazırlaşdığı qeyd edilib.
Xəbərdə İsrailin İranı zəiflətmək üçün onun nüvə obyektlərinə “əhəmiyyətli hücumlar” təşkil etməyi planlaşdırdığı bildirilib.
Kəşfiyyat hesabatı ilə tanış olan insanlar Trampın hücumları Baydendən daha çox dəstəklədiyini, buna görə də İsrailin Tramp administrasiyasına dəstək üçün təzyiq edə biləcəyini söylədi.
Hücumlarda İsrailin ABŞ-ın hərbi dəstəyi və sursatına ehtiyac duyacağı da bildirilib.
Şayəstə Hüseynova