Politico: İran Trampı öldürmək üçün “aktiv və aqressiv” cəhdlər edir.
Elchi.az xəbər verir ki, İran hakimiyyətinin ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampı öldürmək üçün “aktiv və aqressiv” cəhdlər etdiyi iddia edilir.
Bu barədə Amerikanın Politico nəşri mənbələrə istinadən yazır.
Mənbənin sözlərinə görə, Trampdan başqa, Tehranın 2020-ci ildə iranlı general Qasım Süleymaninin ölümündə günahlandırdığı keçmiş yüksək vəzifəli məmurları da öldürməyə cəhdlər edilib.
“İranın Trampı və onun (Tehran – Gazeta.Ru) Süleymaniyə hücumda günahlandırdığı keçmiş yüksək rütbəli məmurları öldürmək cəhdləri əvvəllər xəbər verildiyindən daha aktiv və aqressivdir”, – Politico yazır.
Nəşr digər məsələlərlə yanaşı, keçmiş deputatlar, Gizli Xidmət agentləri və yüksək rütbəli məmurlar da daxil olmaqla 24 məmurdan müsahibə götürdüyünü iddia edir. Söhbətlər zamanı onların Politico-ya haker hücumları və keçmiş məmurların və onların ailə üzvlərinin rəqəmsal nəzarətini həyata keçirmək cəhdləri barədə danışdıqları iddia edilir.
Süleymaninin öldürülməsi 2020-ci il yanvarın 3-nə keçən gecə ABŞ-ın Bağdad Beynəlxalq Hava Limanı ərazisində həyata keçirdiyi əməliyyat nəticəsində baş verib. Onunla yanaşı, İraq şiə milislərinin rəis müavini Əbu Mehdi əl-Mühəndis də öldürülüb.
Şayəstə Hüseynova