image-dbea8efa-c2d1-3f3c-b4ba-af01bbeb536b_850backend

ABŞ-dan 100-dən çox hindistanlı miqrant deportasiya edilib

ABŞ-nin deportasiya edilmiş Hindistan miqrantlarını daşıyan üçüncü “C-17” hərbi-nəqliyyat təyyarəsi Hindistanın şimalındakı Pəncab ştatına çatıb.

Elchi.az  TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindu” qəzeti məlumat yayıb.

“HHQ təyyarəsi ilə ABŞ-də qeyri-qanuni yaşayan 112 hindistanlı vətənə qaytarılıb. Onların arasında Qucarat, Pəncab, Uttarakhand, Uttar-Pradeş, Haryana və Himaçal-Pradeş ştatlarının sakinləri var”, – məlumatda bildirilib.

Qeyd edək ki, fevralın əvvəlindən ümumilikdə 335 hindistanlı deportasiya edilib.

Hindistan rəhbərliyi vurğulayıb ki, Nyu-Delhi deportasiya edilən bütün qeyri-qanuni miqrantları qəbul edəcək və Vaşinqtonla əməkdaşlıq edəcək. ABŞ-də deportasiya edilə biləcək 18 min hindistanlı aşkar edilib.

Məlumat üçün bildirək ki, yanvarın 20-də Tramp ABŞ – Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi haqqında fərman imzalayıb. Amerika lideri deyib ki, bu, ölkəyə qanunsuz miqrantların “fəlakətli müdaxiləsinin” qarşısını almaq üçün cənub sərhədinə qoşun göndərməyə imkan verəcək.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki