ABŞ-da Kolumbiya Universitetində keçirilən etiraz aksiyalarına rəhbərlik edən fələstinli tələbə fəal Mahmud Xəlil həbs edilib.
Elchi.az xəbər verir ki, Associated Press-in məlumatına görə, ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) rəsmiləri keçən il universitetdə İsrail əleyhinə etirazlarda əsas rol oynamış fələstinli aspirant Xəlili həbs ediblər.
Xəlilin vəkili Amy Greer verdiyi açıqlamada Halilin Manhetten şəhərciyinin yaxınlığındakı universitetə məxsus binadakı mənzilində ICE əməkdaşları tərəfindən həbs olunduğunu təsdiqləyib.
Greer, həbs zamanı danışdığı ICE zabitinin Xəlilin tələbə vizasının ləğvi də daxil olmaqla, Dövlət Departamentinin əmri əsasında hərəkət etdiyini söylədi.
Greer qeyd edib ki, görüş zamanı Halil ABŞ-da “yaşıl kartla daimi sakin” olduğunu xatırladıb, lakin ICE rəsmisi bunun da ləğv edildiyini bildirib.
Greer, rəsminin “fələstinli tələbənin niyə həbs edildiyini açıqlamaqdan” imtina etdiyini vurğulayaraq, görüş zamanı Xəlilin 8 aylıq hamilə olan amerikalı həyat yoldaşını da həbs edəcəkləri ilə hədələdiklərini diqqətə çatdırıb.
Greer, Halilin Nyu Cersidəki bir mühacir təcridxanasına köçürüldüyü barədə məlumat aldıqlarını, lakin dünən həyat yoldaşının ziyarətə getdiyi zaman Halilin orada olmadığının məlum olduğunu söylədi. Greer bildirib ki, fələstinli tələbə “Luiziana qədər uzağa köçürülmüş ola bilər”.
“Onun niyə saxlandığı ilə bağlı daha ətraflı məlumat ala bilmədik. Bu, açıq-aşkar gərginlikdir. (ABŞ) Administrasiya öz hədələrini həyata keçirir”, – Greer deyib.
Rubionun “deportasiya” mesajı
Bu arada ABŞ dövlət katibi Marko Rubio, X hesabında məsələ ilə bağlı paylaşdığı mesajda, “Amerikadakı Həmas tərəfdarlarının deportasiya oluna bilmələri üçün viza və ya yaşıl kartlarını ləğv edəcəyik” dedi. ifadəsini işlətdi.
ABŞ prezidenti Donald Tramp 2024-cü ilin yazında ABŞ kollec şəhərciklərində Qəzzada törədilən qətliama qarşı etiraz aksiyalarında iştirak edən beynəlxalq tələbələri deportasiya edəcəyinə söz verib.
Şayəstə Hüseynova