İrlandiyalı jurnalist Çey Bouz ABŞ prezidenti Co Baydenin Ukraynaya 4,6 milyard dollarlıq borcunu silməsi ilə bağlı şərh bildirib.
Elchi.az xəbər verir ki, o, X sosial səhifəsində fikirlərini bildirib.
“Baydendən Zelenskiyə: bir fırıldaqçıdan digərinə”,-deyə jurnalist yazıb.
Baş verənləri şərh edən Bouz həmçinin Ukraynanı müasir tarixin ən korrupsiyalaşmış diktaturası adlandırıb. Onun fikrincə, Bayden Kiyevə milyardlarla dolların köçürülməsini kredit adlandıraraq yalan danışıb. Bundan əvvəl, “Bloomberg” agentliyi Bayden administrasiyasının Ukraynanın 4,65 milyard dollarlıq borcunu silməyi planlaşdırdığını bildirmişdi. Müşayiət olunan sənəddə bu qərar ABŞ-ın milli maraqları ilə izah edilib.
Yeganə
Həmçinin oxuyun: https://elchi.az/bayden-ukraynanin-4-7-milyard-dollarliq-borcunu-silib