image-edf27948-3226-3e6b-98e5-c3885fb33258_850backend

8 Oktyabr , 2024 15:20 Aİ İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaları bir il müddətinə uzadıb

Avropa İttifaqı Şurası “İslam Dövləti” (İŞİD) və “Əl-Qaidə”yə qarşı sanksiyaları 2025-ci il oktyabrın 31-dək uzadıb.

Elchi.az  “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Şuranın kommünikesində bildirilib.

“Şura bu gün İŞİD və “Əl-Qaidə”yə, eləcə də onlarla əlaqəli şəxslər, qruplar və təşkilatlara qarşı sanksiyaları daha bir il müddətinə, 31 oktyabr 2025-ci ilə qədər uzadıb”, – sənəddə qeyd edilib.

Məlumata görə, hazırkı sanksiya siyahısına 15 fiziki şəxs və 6 qrup daxildir. Onların Avropa İttifaqına səfəri qadağan edilib. Bundan əlavə Aİ-dəki aktivləri dondurulmalıdır.

Havar Şəfiyeva 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki