image-teyyarebackend

5 ildə İrəvandan Bakıya 66 təyyarə uçub

Son 5 ildə İrəvandan Bakıya və əks istiqamətdə 66 reys həyata keçirilib.

Elchi.az xəbər verir ki, bu barədə Ermənistanın İdarəetmə və İnfrastruktur Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2024-cü il dekabrın 11-də beynəlxalq şirkətin sifarişi ilə İrəvandan Bakıya çarter reysi həyata keçirilib.

“Son beş il ərzində, 2020-ci ildən başlayaraq beynəlxalq nümayəndə heyətlərinin daşınması məqsədilə İrəvandan Bakıya və əks istiqamətdə 66 dövlət reysi həyata keçirilib”, – deyə nazirlik vurğulayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki