Gürcüstanın keçmiş prezidenti Salome Zurabişviliyə Münhen Təhlükəsizlik Konfransından qayıdarkən Tbilisi beynəlxalq hava limanında yumurta atılıb.
Elchi.az bu barədə “Reuters”-ə istinadən xəbər verir.
“Bu yaxınlarda Zurabişvili Münhen konfransından qayıdarkən təhqiqatların (anonim fəallar qrupu) hədəfinə çevrildi. Tiflis hava limanında onun üzərinə yumurta atıldı”, – deyə mənbə xəbər verir.
Dünən Tbilisi beynəlxalq hava limanında naməlum şəxslər müxalifət lideri Qaxariyaya yumurta atıblar. O da Münhendən qayıdırdı. Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmalara başlayıb.
Yeganə