image-27backend

Zelenski Putinin açıqlamalarına münasibət bildirib

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Ukrayna ərazisində orta mənzilli “Oreşnik” raketinin istifadəsi ilə bağlı açıqlamalarına münasibət bildirib,

Elchi.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” yazır.

“Putin etiraf etdi ki, bu il artıq eskalasiyaya, bu müharibənin genişləndirilməsinə doğru ikinci addım atıb. Yeni ballistik raketdən istifadə edilib. Putin bizim şəhərimizi, Ukraynanın ən böyük şəhərlərindən biri olan Dnepri vurdu.

Bu, bu müharibənin miqyasının və vəhşiliyinin aşkar və ciddi artması, Rusiya tərəfindən BMT Nizamnaməsinin kinli şəkildə pozulmasıdır. Və vurğulayacağam ki, bu, Rusiyanın bir il ərzində eskalasiyaya doğru atdığı ikinci addımdır. İlk belə addım Şimali Koreyanın ən azı 11 min hərbi kontingenti Ukraynaya qarşı müharibəyə cəlb etmək olub”, – o qeyd edib.

Prezidentin sözlərinə görə, Putin dünyada müharibəni genişləndirməməyə çağıran hər kəsə məhəl qoymadan bu addımların hər ikisini atıb. “O, Çin, Braziliya, Avropa ölkələri, Amerika və bütün digər dünya ölkələrinin nəyə çağırdığı ilə maraqlanmır”, – Zelenski deyib. O əlavə edib ki, Ukraynanın uzaqmənzilli silahlardan istifadə etməsi ilk dəfə deyil və bu, yeni addım deyil.

“Beynəlxalq hüquq çərçivəsində bunu etməyə tam haqqımız var. Bizim özünümüdafiə hüququmuz hər bir dövlətin hüququ kimidir. Rusiya raketləri şəhərlərimizi vuranda, Ukrayna hər gecə İran sui-qəsdçilərinin hücumuna məruz qalanda, Şimali Koreyadan olan hərbçi bizim sərhədimizdə yerləşdiriləndə”, – deyə Ukrayna prezidenti yekunlaşdırıb.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki