Roma Papası I Fransisk cümə günü səhər Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Elchi.az bu barədə Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir.
Sonuncu dəfə I Fransisk Ukrayna prezidenti ilə bu ilin yayında İtaliyanın cənubunda keçirilən “Böyük Yeddilik” sammiti zamanı görüşmüşdü. Onlar həmçinin 2023-cü ilin dekabrında Vatikanda görüşüblər. Zelenskinin bu həftə Romada olarkən İtaliyanın baş naziri Giorgia Meloni ilə danışıqlar aparacağı gözlənilir.
I Francis bu ilin mart ayında müharibəni dayandırmaq üçün Rusiya ilə danışıqlara cəsarət göstərməyi və ağ bayraqqaldırmağı təklif edəndə Ukrayna rəsmiləri arasında hiddət doğurdu.
Yeganə