image-yemen-aciklarinda-ticari-gemiye-saldiri-y1npbackend

Yəmən sahillərində ticarət gəmisinə hücum

Britaniya Dəniz Agentliyi Yəmənin Hudeyda şəhərinin Salif bölgəsi sahillərində ticarət gəmisinə hücum edildiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, İngiltərə Dəniz Agentliyindən verilən yazılı açıqlamada, “Yəmənin Salif bölgəsinin 70 dəniz mili şimal-qərbində baş verən hadisə ilə bağlı xəbər aldıq” bildirilib.
Qırmızı dənizdə adı açıqlanmayan ticarət gəmisinə hücum edildiyinə dair məlumatların yer aldığı açıqlamada gəmiyə “iki topun vurulduğu” bildirilib.
Üçüncü partlayışın gəminin yaxınlığında baş verdiyi bildirilib.
Hadisə nəticəsində gəmidə can itkisinin olmadığı və gəminin növbəti limana doğru yoluna davam etdiyi bildirilib.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki