image-owl_detail_620_982dddcf996e8f8c959ba2e299de9f52backend

Vuçiç Putini ad günü münasibətilə təbrik etmədi

Serbiya prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik etməyib.

Elchi.az xəbər verir ki, bu barədə “Danas” nəşri yazır.

Nəşrin yazdığına görə, Vuçiçin Belqrad hakimiyyətindən təbrikinin olmamasının konkret səbəbləri göstərilməyib. “Prezident olduğu səkkiz il ərzində Vuçiç hər il bu gündə Vladimir Putini ad günü münasibətilə təbrik edirdi. Bu il təbriklər yox idi”,— nəşr Serbiyada məşhur hüquqşünas Nikola Lakiçin sözlərindən sitat gətirir.

Lakiç əlavə edib ki, Vuçiç əvvəllər Putinlə, indi isə yalnız Fransa prezidenti Emmanuel Makronla yaxın təmasda olub. Yeganə səbəb onun Vuçiçə sərfəli olmasıdır.

Nəşr Xalq Azadlıq Hərəkatının prezidenti Miroslav Paroviçin sözlərindən də sitat gətirir. “Əvvəlki illərdə Vuçiçin Putinə təbriki bütün xəbərlərdə və bütün telekanallarda oxunurdu. Lakin bu il tam sükut hökm sürür”, – Paroviç qeyd edir. O, təbriklərin olmamasının səbəbini qeyd etməyib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki