image-14backend

Tramp Si Cinpinlə danışıqları mümkün hesab edib 

ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinlə görüşü mümkün hesab edib.

Elchi.az xəbər verir ki, bazar günü Florida ştatından Vaşinqtona qayıdan prezidentin təyyarəsində jurnalistlər dövlət başçısından onun Çin prezidenti ilə görüşməyi planlaşdırıb-görmədiyini soruşublar.

“Bəli, nə vaxtsa görüşəcəkdim. Mənim Çin sədri Si Cinpin ilə çox yaxşı münasibətim var”, – deyə Tramp cavab verib.

Ona “TikTok” sosial şəbəkəsinin daha tez satışını gözləmək lazım olub-olmaması da soruşulub. “Bəlkə tezliklə. Biz dörd fərqli qrupla işləyirik və bir çox insan “TikTok almaq” istəyir və buna qərar vermək mənim ixtiyarımdadır”.

Fevral ayında Tramp Çinlə yeni ticarət sazişi imzalamağın mümkün olduğuna əminliyini ifadə edib və Si Cinpinin ABŞ-a səfər edə biləcəyini bildirib.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki