ABŞ-ın keçmiş prezidenti Donald Tramp yeni prezident seçkilərinə təxminən bir həftə qalmış Nyu-Yorkun Manhettendə yerləşən Madison Square Garden arenasında mitinq keçirməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə Bloomberg.com məlumat yayıb.
Nyu-York seçiciləri daha çox vitse-prezident Kamala Harrisin seçkilərdə təmsil edəcəyi Demokratik Partiyaya üstünlük verirlər. Trampın özü Respublikaçılar Partiyasını təmsil edəcək.
Jurnalistlər mitinqin baş tutacağı təqdirdə iğtişaşlara səbəb ola biləcəyini ehtimal edirlər.
Yeganə