ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sərt mövqe tutduğunu, lakin Rusiya lideri Vladimir Putinlə dost olduğunu deyib.
Elchi.az xəbər verir ki, o, ilk prezidentlik dövründə çoxlu sayda anti-Rusiya sanksiyaları tətbiq etdiyini vurğulayıb.
“Mən çox sərt idim, amma Putinlə yaxşı yola gedirəm”,-deyə Tramp bildirib.
O, Rusiya ilə “yumşaq” münasibətlərlə bağlı tənqidlərə belə cavab verib. Trampın sözlərinə görə, Rusiya Federasiyasına sərt yanaşmasını ilk təsdiqləyən Putin olacaq.
Tramp bundan əvvəl də Rusiya ilə yaxşı münasibətlərindən danışmışdı. Martın 7-də Ağ Evdə jurnalistlərlə görüşdə ABŞ rəhbəri Putinin Ukraynadakı münaqişəni həll etmək istəyinə inandığını bildirib.
Yeganə