image-qudret_hesenquliyev_9backend

“Tramp daha güclü lider təsiri bağışladı…”

Qüdrət Həsənquliyev: “Azərbaycan özünü alçaltmadan və öz maraqlarından imtina etmədən münasibətləri inkişaf etdirməyin, əməkdaşlığın tərəfdarıdır və ABŞ Azərbaycanın daxilində sabitliyin qorunub saxlanmasında, ölkəmizin inkişafında maraqlı olmalıdır”

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev xalqcebhesi.az saytına müsahibə verib.

Elchi.az həmin müsahibəni oxuculara təqdim edir:

– Qüdrət bəy, ABŞ-da prezidentliyə namizədlər Tramp və Harris arasında keçirilən teledebatı izləmək imkanınız oldumu?

– Əlbəttə. İlk təəssüratım isə ondan ibarətdir ki, Amerika daha güclü liderə layiqdir. Trampın bəzi məsələlərə dair mövqeyi ziddiyyətli, aydın və ya açıq deyildisə də, o, daha güclü lider təsiri bağışladı. Harris özünü ciddi aparsaydı və daha güclü lider olsaydı Trampa çətin anlar yaşada bilərdi. Düşünmürəm ki, bu debat seçkilərin nəticəsinə əhəmiyyətli təsir edəcək. ABŞ-da cəmiyət 50-nin 50-yə nisbətində parçalanıb. Tərəflərin gətirdiyi arqumentlərdən və kimin haqlı olmasından asılı olmayaraq, hər tərəf öz namizədini müdafiə edir. Həmişə qanunlara hörməti ilə öyünən ABŞ cəmiyyətinin 50 %-i 34 cinayət əməlinə görə təqsirli bilinmiş Trampı dəstəkləyir. ABŞ-da siyasi islahatlar aparılmalıdır ki, cəmiyyəti parçalayan ikipartiyalı sistemdən ölkə canını qurtara bilsin və birbaşa seçki hüququ təmin edilsin. Yoxsa ölkə miqyasında daha çox səs almış namizədin seçkiləri uduzması biabırçılıqdı.

– ABŞ-dakı seçkilərin Azərbaycana təsirini necə qiymətləndirisiniz?

– ABŞ dünyanın super gücüdür. Bu ölkənin yürütdüyü xarici siyasət hər bir ölkəyə bu və ya digər formada təsir edir. Biz Ermənistanın işğalı ilə üz-üzə qalanda Minsk qrupunun həmsədri kimi ABŞ-ın yanlış və ermənipərəst siyasətindən əziyyət çəkmişik və çəkirik. Çalışmalıyıq ki, bu ölkə ilə elə səviyyədə anlaşaq və münasibətlər saxlayaq ki, onlar üstümüzə gəlməsinlər. Onları inandırmalıyıq ki, Azərbaycan özünü alçaltmadan və öz maraqlarından imtina etmədən münasibətləri inkişaf etdirməyin, əməkdaşlığın tərəfdarıdır və ABŞ Azərbaycanın daxilində sabitliyin qorunub saxlanmasında, ölkəmizin inkişafında maraqlı olmalıdır.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki