image-253821416_283630743643678_3903113469037832824_nbackend

Sülhməramlılar erməni generalını Qarabağa niyə buraxıb?- Hərbi ekspertdən ŞOK AÇIQLAMA

Ermənistanın müdafiə naziri, general-mayor Arşak Karapetyan noyabrın 6-dan 8-nə kimi qanunsuz olaraq Qarabağa gəlib. Maraqlısı odur ki, erməni general Laçın dəhlizindən istifadə edib. Bu məsələ ilə bağlı hərbi ekspert Elxan Şıxəliyev Alp.az-a fikirlərini bölüşüb.

image-2021-09-03_142240

“Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə baş verən hadisələrin hər birinə sülhməramlılar cavabdehdir. Görünən isə odur ki, 3 tərəfli bəyanatın müddəaları sülhməramlılar tərəfindən həyata keçirilmir. Bu bəyanatın bir müddəası o idi ki, Qarabağdan Ermənistan silahlı birləşmələrı çıxarılmalı, daha sonra Rusiya sülhməramlıları bura yerləşməli idilər. Bu müddəa üzərindən tələblər yerinə yetirilmədiyi üçün bundan sonra gedən proseslərə də təsiri oldu, digər müddəalar da yerinə yetirilmədi. Digər tərəfdən Ermənistanın müdafiə nazirinin Qarabağa gəlişi, Laçın dəhlizindən istifadə etməsi, erməni əsgərlərini təltif etməsi, onlara göstəriş verməsi Azərbaycanın Qarabağ üzərindən siyasətinə ziddir.”- deyə hərbi ekspert bildirib.

Bu qanunsuz səfər və bu səfərə dəstək verən Rusiya sülhməramlılarının işi üçtərəfli bəyanatın müddəalarına ziddir.

Hərbi ekspert hesab edir ki, istər ermənilər, istərsə sülhməramlılar Azərbaycanı provokasiya təhrik edirlər. “Ermənistan Rusiya sülhməramlalıların Laçın dəhlizindəki boşluğundan və biganəliyindən istifadə edərək bu təxribata əl atır. Əks halda erməni müdafiə naziri Qarabağa gələ bilərdimi?”

Elxan Şıxəliyev düşünür ki , “Ermənilərdən bu addımı atması bizim üçün ciddi siqnaldır.”

Hərbi ekspert hesab edir ki, “Ermənistan siyasi, istərsə güc strukturlarının bu addımı atması bizim üçün qəbuledilməzdir. Ermənilərin bu təhrikçi addımlarının qarşısını isə əslində rus sülhməramlıları almalıdır. Sülhməramlılar bu təxribatların qarşısını almaqda acizdirsə, Azərbaycan qısa zamanda bu təxribatların qarşısını almağa qadirdir. Belə başa düşmək olar ki, Ermənistanın müdafiə naziri, general-mayor Arşak Karapetyanın Qarabağa qanunsuz səfərində Rusiya sülhməramlıları maraqlı olub. Yəqin ki, diplomatik xətlər vasitəsilə bu məsələ diqqətdə saxlanılacaq və sülhməramlıların bu təxribatının səbəbi bilinəcək. “.

Murad Cəfərli

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki