NATO-nun keçmiş baş katibi Yens Stoltenberq münaqişənin sülh yolu ilə həllini sürətləndirmək üçün Ukraynanın ərazilərin bir hissəsinin “müvəqqəti güzəşt” etməsinin mümkünlüyünü etiraf edib.
Elchi.az xəbər verir ki, bu barədə “Tagesschau” nəşri məlumat yayıb.
Onun sözlərinə görə, atəşkəs xətti ideal olaraq hazırda Rusiyanın nəzarətində olan bütün əraziləri əhatə etməlidir.
“Ancaq biz bunun yaxın gələcəkdə o qədər də real olmadığını görürük” deyən Stoltenberq Kiyevin bəzi ərazilərdən müvəqqəti olaraq imtina edə biləcəyini əlavə edib.
Keçmiş baş katib qeyd edib ki, Ukrayna üçün təhlükəsizlik təminatı vacibdir. Kiyevi silahlandırmaq və dəstəkləmək üçün alternativ yollar olsa da, bu, NATO-ya üzvlük perspektivi ilə bağlı ola bilər. Kiyev rejiminin başçısı Vladimir Zelenski daha əvvəl Ukraynanın NATO-ya daxil olmasına zəmanət müqabilində atəşkəs və müəyyən ərazilərdən imtina imkanlarını nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Yeganə