image-66ce0a08889ee66ce0a08889ef172477901666ce0a08889ec66ce0a08889edbackend

Stoltenberq Ukrayna-NATO Şurasının iclasını çağırır

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə Ukrayna-NATO Şurasının iclasını çağırır.

Elchi.az xəbər verir ki, “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Alyansın sözçüsü Farah Dahlallah bildirib.

Onun sözlərinə görə, iclas avqustun 28-də baş tutacaq.

“Görüş səfirlər səviyyəsində baş tutacaq. Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə Alyans üzvlərini döyüş meydanındakı vəziyyət, qüvvə və imkanlara dair prioritet ehtiyaclar barədə məlumatlandırması gözlənilir”, – Dahlallah vurğulayıb.

Qeyd olunur ki, Ukrayna-NATO Şurası ötən il Alyans ilə Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb. Şuranın iclasında adətən NATO-ya üzv ölkələrin səfirləri və Ukrayna rəsmiləri iştirak edirlər.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki