image-222backend

ŞOK İDDİA: Nazarbayevin ailəsi girov götürülüb 

Qazaxıstanda vəziyyət yenidən gərginləşib. Bu gecə də Qazaxıstanın şəhərlərində atışmalar davam edir. Alp.az xəbər verir ki, bu arada sosial şəbəkənin qazax qeqmentində ölkənin sabiq prezidenti Nursultan Nazarbayevin ailəsi ilə bağlı şok iddia yayılıb. İddiaya görə Nazarbayevin ailəsi təyyarə ilə Bişkek hava limanına uçub. Lakin keçən zaman ərzində onlardan xəbər yoxdur.

“Qırğızıstanın  hava limanında Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin ailəsinə məxsus təyyarənin Bişkek hava limanına enməsi barədə məlumat yoxdur” -bu xəbəri   RİA Novosti agentliyinə yayıb. Lakin iddia edilir ki,   Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ailəsinə məxsus olduğu iddia edilən iki şəxsi təyyarənin Qırğızıstanın paytaxtı Manas beynəlxalq hava limanına enməsi barədə qazax mediası məlumat yayıb.İddiaya görə onlardan biri Makedoniyadan, ikincisi Birləşmiş Ərəb Əmirliklərindən gəlib. Bir müddət sonra hər iki təyyarə Qırğızıstan hava limanını tərk edib.

Lakin iddiaya görə eks-prezident Nursultan Nazarbayevin ailəsi girov götürülüb və onların təyyarələri Manas beynəlxalq hava limanındadır.

Hələlik isə eks-prezident Nursultan Nazarbayevin ailəsinin harada olması bilinmir.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki