"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib

24 Oktyabr 2022 - 20:26
in MANŞET
FacebookVatsap

Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib. Oktyabrın 24-də Milli Məclisdə parlamentdə təmsil olunan və dövlət qeydiyyatından keçmiş bir sıra siyasi partiyaların sədrləri və nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib.

Bunu da oxuyun

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Tovuz rayonuna dolu düşüb

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

İclasdan əvvəl Milli Məclisin sədri Sahibə Qafarova tədbirin keçirildiyi zala gəlib, hazırlıq məqsədilə görülən işlərlə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. Spiker, həmçinin ictimai müzakirələrdə iştirak edən partiya sədrləri ilə görüşüb, onlara uğurlar arzulayıb.
İctimai dinləmədə Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev iştirak edib.

Elchi.az xəbər verir ki, tədbiri açan parlament sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli Milli Məclisin sədri Sahibə Qafarovanın adından ictimai dinləmənin iştirakçılarını salamlayıb. Bildirib ki, Azərbaycanda son illərdə sistemli xarakter daşıyan islahatlar aparılır.

Cəmiyyətin bütün sahələrini əhatə edən bu islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilir. Bu islahatlar nəticəsində hakimiyyətin qolları arasında əməkdaşlıq əlaqələri möhkəmlənib, habelə iqtidar-müxalifət dialoqu başlayıb və davam etməkdədir. Altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisində, onun komitələrinin rəhbərliyində Yeni Azərbaycan Partiyası ilə yanaşı, müxtəlif siyasi partiyaların təmsil olunması bunu bir daha təsdiqləyir.

Diqqətə çatdırılıb ki, parlamentdə təmsil olunan 11 siyasi partiya “Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədri Sahibə Qafarovaya müraciət edib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” qanun 30 il bundan əvvəl qəbul edilib. Bu müddətdə Azərbaycanda bir çox dəyişikliklər baş verib, ölkəmiz dünya səviyyəsində öz layiqli yerini tutub, Qalib Azərbaycan statusuna yüksəlib, dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmlənib. Bütün bunlar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ərsəyə gəlməsinə rəvac verib.

Fəzail İbrahimli bildirib ki, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə olunub və bu məqamlar siyasi partiyalarla bağlı qanun layihəsində öz əksini tapmalıdır. Nəzərə çatdırılıb ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İctimai birliklər və dini qurumlar, İnsan hüquqları komitələrinə qanun layihəsinin hazırlanması tapşırılıb. Qanun layihəsinin hazırlanması zamanı Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Həmçinin Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri nəzərdən keçirilib. Layihənın hazırlanması ilə əlaqədar ekspert komissiyası yaradılıb və bu komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilib. Bununla yanaşı, siyasi partiyalar tərəfindən daxil olan təkliflərə diqqət yetirilib. Milli Məclisin siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olub.

İclasda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış sorğunun nəticələri barədə statistik məlumatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, sorğu zamanı vətəndaşların 40 sual ətrafında mövqeyi öyrənilib. Sorğu iştirakçıları arasında gender bərabərliyi təmin olunub.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov çıxış edərək, Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə təşkil olunmuş ictimai müzakirənin onun başçılıq etdiyi komitə tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib. 1995-ci il Konstitusiyasında isə birləşmək hüququ, o cümlədən siyasi partiya yaratmaq hüququ təsbit edilib. Bununla yanaşı, bu illər ərzində bir çox Avropa ölkələrində siyasi partiyalarla bağlı qanunvericilik təkmilləşdirilib və bu sahədə olan təcrübənin Azərbaycan qanunvericilində tətbiqi zəruridir. Eyni zamanda, son 30 il ərzində Azərbaycanın müstəqil dövlətçiliyi möhkəmlənib, ərazi bütövlüyü təmin olunub. Vətən müharibəsi dövründə siyasi partiyaların sivil siyasi mübarizə mühitini nümayiş etdirmələri bütövlükdə siyasi partiyalar haqqında qanunvericiliyə yeni aspektdən baxmağı zəruri edir. Birinci vitse-spiker onu da vurğulayıb ki, “Siyasi partiyalar haqqında” mövcud qanuna məhz Altıncı çağırış parlamentin fəaliyyəti dövründə mühüm dəyişiklik edilib və siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi məsələsi öz həllini tapıb.
Əli Hüseynli siyasi partiyalar haqqında qanunvericilikdə siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlərin göstərilməsinin vacibliyini bildirib. Qeyd edib ki, Avropa İnsan Haqları Konvensiyasının müvafiq maddəsi birləşmək azadlığının tərkib hissəsi kimi siyasi partiyalarda birləşmək hüququnu qoruyur. Digər tərəfdən, hər kəsin qanunla təsbit olunmuş və demokratik cəmiyyət üçün zəruri olan məhdudiyyətləri də nəzərdə tutur. O, qanun layihəsi ətraflında müzakirələrdə səslənəcək fikirlərin ölkənin müasir siyasi partiyalar haqqında qanunvericiliyinin inkişafına töhfə verəcəyini söyləyib.

İclasda çıxış edən parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması müstəqillik tariximizdə ilk dəfə qalib siyasi sistem formalaşdırmaq və müharibə dövründə olduğu kimi, sülh dövründə də milli birliyi qorumaq zərurətindən irəli gəlir. O, müstəqilliyin qorunması və gücləndirilməsində, xalqın siyasi iradəsinin formalaşmasında və ifadəsində, ərazi bütövlüyü uğrunda mübarizədə partiyaların xidmətlərinin danılmaz olduğunu söyləyib.

Bildirilib ki, qanuni partiya quruculuğu modelinə keçid Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyevin dövlətimizi və iqtisadi, siyasi müstəqilliyimizi gücləndirən 20 ilə yaxın siyasi rəhbərliyi dövründə yeni hakimiyyət quruculuğu və 2020-ci ildə Vətən müharibəsində parlaq qələbədən sonra yeni ictimai-siyasi reallıq yaranıb. Həyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaq, dövlət kimi partiyaların da proqram və konsepsiyalarının yenilənməsini zəruri edir.

Komitə sədri diqqətə çatdırıb ki, təqdim edilən yeni qanun partiyaların fəaliyyətinin təkmilləşməsi və dinamik hüquqi tənzimlənməsi məqsədi daşıyır. Bu qanunla Azərbaycanın siyasi sistemi və partiyalar institutu öz inkişafının tarixi bir mərhələsinə yekin vurur. Yeni layihədə çoxpartiyalılıq demokratiyanın başlıca göstəricisi kimi təsbit olunub.

Sonra Zahid Oruc qanun layihəsi ilə əlaqədar siyasi partiyalardan daxil olan təkliflər barədə məlumat verib. Komitə sədri daxil olan təklifləri ayrı-ayrılıqda səsləndirərək, onları qanun layihəsində təsbit olunan maddələr üzrə cavablandırıb. O, həmçinin qanun layihəsində öz əksini tapmayan məsələlərlə də bağlı açıqlamalar verib.

Sonra iclasda aparılan müzakirələrdə “Ana Vətən” Partiyasının (AVP) sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, Yeni Azərbaycan Partiyasının sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov, Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Ağ Partiyasının sədri Tural Abbaslı, REAL Partiyasının sədri İlqar Məmmədov, “Ədalət” Partiyasının sədr müavini Elxan Şükürlü, Azad Vətən Partiyasının sədri Akif Nağı, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) sədri Abutalıb Səmədov, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan, Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev, Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Gülağa Adgözəlov, Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu, deputatlardan Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Erkin Qədirli, Sahib Alıyev çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Müzakirələrin sonunda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışlarda səsləndirilən bəzi məqamlara aydınlıq gətirib, onları hüquqi müstəvidə dəyərləndirib.

Tədbirin yekununda Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihəsi ətrafında səmərəli fikir mübadiləsinin aparıldığını bildirib və partiya təmsilçilərinə müzakirələrdə fəal iştirak etdiklərinə görə təşəkkürünü ifadə edib.
Bununla da “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmə başa çatıb.

Previous Post

“Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı ictimai dinləmə keçirilib

Next Post

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Bənzər yazılar

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bəyan edib....

Tovuz rayonuna dolu düşüb

Tovuz rayonuna dolu düşüb

22 Sentyabr 2026 - 23:37

Tovuz rayonuna dolu düşüb. Elchi.az -ın məlumatına görə, dolu rayonun Çobansığnaq kəndində yağıb. Təbiət hadisəsi bu gün axşam saatlarında baş...

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

Sakit okeanda “Polo” qasırğası maksimum kateqoriyayadək güclənib

22 Sentyabr 2026 - 17:35

Sakit okeanda "Polo" qasırğası Saffir-Simpson şkalası üzrə maksimum sayılan beşinci kateqoriyayadək güclənib. Elchi.az xəbər verir ki, bu barədə Meksikanın Su...

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

Makron fransızları ruslarla qorxutmaqda İTTİHAM OLUNUB

22 Sentyabr 2026 - 16:00

Fransanın "Vətənpərvərlər" (Les Patriotes) partiyasının lideri Florian Filippo Fransa Prezidenti Emmanuel Makronu genişmiqyaslı elektrik kəsilməsini simulyasiya edən təlimlərə hazırlıq fonunda...

Next Post
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb

Son xəbərlər

Parlamentin növbəti komitə iclası keçirilir

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

23 Sentyabr 2026 - 11:59
Makron uşaqları qorumaq üçün süni intellektin yoxlanılmasına çağırır

Makron uşaqları qorumaq üçün süni intellektin yoxlanılmasına çağırır

23 Sentyabr 2026 - 11:50
Pentaqon: İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatıb

Pentaqon: İranla münaqişədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatıb

23 Sentyabr 2026 - 11:43
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident əfv Sərəncamı imzalayıb – SİYAHI

23 Sentyabr 2026 - 11:41
Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib – FOTO

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul edib – FOTO

23 Sentyabr 2026 - 11:38
Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir

Gənclərin yarısı süni intellektə insanlardan daha çox güvənir

23 Sentyabr 2026 - 11:31
Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

Makron Rusiya və Ukraynaya enerji obyektlərini vurmamağa çağırdı

23 Sentyabr 2026 - 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

23 Sentyabr 2026 - 11:20
Azərbaycan futbol millisi bu gün Tacikistanla qarşılaşacaq

Azərbaycan futbol millisi bu gün Tacikistanla qarşılaşacaq

23 Sentyabr 2026 - 11:15
Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

Suriya lideri Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib

23 Sentyabr 2026 - 11:08
Kanada Fələstinə 100 milyon dollar məbləğində yardım göstərəcək

Kanada Fələstinə 100 milyon dollar məbləğində yardım göstərəcək

23 Sentyabr 2026 - 10:56
Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

Azərbaycan və Kolumbiya arasında viza rejimi ləğv edilir

23 Sentyabr 2026 - 10:52
İranın Keşm adası yaxınlığında partlayış səsi eşidilib

İranın Keşm adası yaxınlığında partlayış səsi eşidilib

23 Sentyabr 2026 - 10:49
Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

Zelenski: Rusiya müharibəni bitirməyə hazır deyil

23 Sentyabr 2026 - 10:37
DİM bu imtahanın nəticələrini elan etdi

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

23 Sentyabr 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.