Məlumatlara görə, İranın cənubundakı Hörmüzqan əyalətində yerləşən Keşm adası yaxınlığında partlayış səsi eşidilib.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına əsasən, Hörmüz boğazında yerləşən Keşm adası ətrafında partlayış səsi duyulub.
Bildirilib ki, səs dəniz istiqamətindən gəlib və adaya heç bir raket düşməyib.
Yerli hakimiyyət orqanları partlayışla bağlı hələlik rəsmi açıqlama verməyib.
Hörmüz boğazında yerləşən və Hörmüzqan əyalətinin tərkib hissəsi olan Keşm adası Fars körfəzinin ən böyük adasıdır.
Şayəstə





















