2025-ci ilin NATO ilə “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Əldə düzəldilmiş partlayıcı qurğulara qarşı mübarizə” mövzusunda seminar-məşğələ keçirilir.
Elchi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbirdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin və onun tabeliyindəki hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin mühəndis ixtisaslı zabitləri iştirak edirlər.
Keçirilən məşğələ zamanı iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim edilir.
Seminar-məşğələ dekabrın 5-dək davam edəcək.























Çox maraqlı məlumatdır. Bakıda keçirilən bu seminar-məşğələ NATO ilə əməkdaşlığımızın nə qədər önəmli olduğunu göstərir. Belə tədbirlər təhlükəsizliyimizin təmin edilməsi üçün çox vacibdir. Müdafiə Nazirliyinin bu istiqamətdəki fəaliyyətini təqdir edirəm.
Ay brat, düz deyirsən ee, əldə düzəlmə partlayıcı zad çox təhlükəli şeydi. Bakıda belə şeylərə qarşı təlim keçirlər? Yaxşı eliyillər, qoy bizimkilər də öyrənsin. Sonra birdən bədbəxt hadisə olar, heç kim istəməz.