"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
in CƏMİYYƏT
FacebookVatsap

“Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsi çərçivəsində hazırlanmış “Səssiz tələ” sənədli filminin təqdimatı keçirilib. Tədbiri açılış nitqi ilə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin sədr müavini Jalə Sabirqızı açıb. O, layihənin məqsədi və sənədli filmin hazırlanmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Bununla yanaşı, işğal dövründən qalan mina təhlükəsi hələ də ciddi humanitar çağırış olaraq qalır. Hazırda ərazilərin minalardan təmizlənməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilsə də, mina təhlükəsi insanların həyatına təsir etməkdə davam edir.

Bunu da oxuyun

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Tədbirdə ANAMA-nın məlumatlarına istinadən bildirilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalı nəticəsində 1991-ci ildən indiyədək 3 500-dən çox insan mina qurbanı olub. Onlardan 362-si uşaq və gənclərdir. Bildirilib ki, bu rəqəmlərin arxasında yarımçıq qalan uşaqlıq, dəyişən həyat taleləri və uzunmüddətli fiziki və psixoloji travmalar dayanır. “Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsinin əsas məqsədi də mina qurbanı olan uşaqların həyat hekayələrini cəmiyyətə çatdırmaq, onların üzləşdiyi problemlərə diqqət çəkmək və mina təhlükəsi barədə məlumatlılığı artırmaqdır.

“Səssiz tələ” sənədli filminin rejissoru Elnur Cəbrayılov, ssenari müəllifi isə Esmira Namiqqızıdır. Film Tovuz rayonunun Əlibəyli və Cəlilli kəndlərinin sakinləri Elgün Hüseynov və Aqşin Məmmədovun timsalında mina qurbanı olan uşaqların dəyişən talelərindən və mina təhlükəsinin yaratdığı ağır nəticələrdən bəhs edir.

Filmin daha geniş auditoriyaya çatdırılması məqsədilə ingilis dilinə tərcümə edildiyi bildirilib.

Tədbirdə dövlət və QHT nümayəndələri, millət vəkilləri, media təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi Esmira Namiqqızı çıxış edərək filmin hazırlanma prosesi və real insan hekayələrinin ekranlaşdırılmasının yaratdığı məsuliyyətdən danışıb. Vurğulayıb ki, real həyat hekayələri və müsahibələr əsasında hazırlanan filmdə mina partlayışlarının insan taleyinə təsiri və yaşanan travmalar əks olunub.

Daha sonra “Səssiz tələ” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra millət vəkili Elçin Mirzəbəyli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yanında İctimai Şuranın sədri Umud Rəhimoğlu, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili, “Səngər” TV-nin rəhbəri Aqil Alışov və “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Əli Həziquliyev və digər çıxışçılar film və layihə barədə fikirlərini bölüşüblər. Natiqlər filmin peşəkar səviyyədə hazırlanmasını, real insan hekayələrinin təsirli təqdimatını və mina probleminin humanitar tərəflərinə diqqət yetirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, Elgün və Aqşinin həyat hekayələri mina təhlükəsinin bir insanın və ailənin taleyini necə dəyişə bildiyini konkret nümunə ilə göstərir. Çıxışlarda həmçinin, Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsi və bunun nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, belə layihələr mina probleminin yalnız statistik göstəricilər deyil, konkret insan taleləri üzərindən təqdim edilməsinə imkan yaradır.
Tədbirdə mina qurbanlarının, xüsusilə uşaqların reabilitasiyası və sosial həyata inteqrasiyası, həmçinin mina təhlükəsi barədə maarifləndirmənin davam etdirilməsinin vacibliyi qeyd olunub. “Müharibə uşaqları: Sağalmayan yaralar” layihəsi çərçivəsində hazırlanan “Səssiz tələ” filmi mina təhlükəsinin uşaqların həyatında yaratdığı ağır nəticələri konkret insan hekayələri vasitəsilə göstərir və bu problemin həm yerli, həm də beynəlxalq auditoriyanın diqqətinə çatdırılmasına xidmət edir.












Previous Post

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Next Post

Bu günün valyuta məzənnələri

Bənzər yazılar

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Elchi.az-a bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat...

Next Post
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Əmtəə birjasında təbii qazın dəyəri azalıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Daha bir neçə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

07 Oktyabr 2026 - 17:39
Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

Hindistan Qara dənizdə gəmilərə edilən hücumları pisləyib

07 Oktyabr 2026 - 17:25
84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü

07 Oktyabr 2026 - 17:14
Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

Macarıstan veto qərarını ləğv etdi: Ukrayna və Moldovanın Aİ danışıqları bərpa olunur

07 Oktyabr 2026 - 17:03
Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

Montellanı bu türk mütəxəssis əvəzləyə bilər

07 Oktyabr 2026 - 16:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.