Pentaqon İranla münaqişədə ABŞ-ın itki rəqəmlərini yeniləyib.
Elchi.az xəbər verir ki, İranla münaqişə zamanı həlak olan ABŞ hərbçilərinin sayı 19-a çatıb. Bu barədə Pentaqonun yenilənmiş məlumatlarına istinadən “RİA Novosti” xəbər verib.
Statistik məlumatların son yenilənməsindən sonra ABŞ ordusu rəsmi siyahıya daha bir ölüm halını əlavə edib. Hərbçinin şəxsiyyəti hələ açıqlanmayıb.
ABŞ mediasının məlumatına görə, həlak olan şəxs Yaxın Şərqə uçan hərbi təyyarədə olan ABŞ Ordusunun hərbçisi idi. Uçuş zamanı ona təcili tibbi yardım tələb olunub, lakin həyatını xilas etmək cəhdləri nəticəsiz qalıb. Onun ölümü döyüşlə əlaqəli olmayan hadisə kimi təsnif edilib.
Eyni zamanda, İrana qarşı həyata keçirilən və “Epic Fury” adlandırılan ABŞ hərbi əməliyyatı ilk dörd ay ərzində Amerika vergi ödəyicilərinə 33,4 milyard dollara başa gəlib. Bu məbləğin 22,3 milyard dolları istifadə olunmuş sursatlara, 7,4 milyard dolları əməliyyatla bağlı digər xərclərə, 3,7 milyard dolları isə hərbi texnikanın itirilməsinə sərf olunub.
Şayəstə





















