Sakit okeanda “Polo” qasırğası Saffir-Simpson şkalası üzrə maksimum sayılan beşinci kateqoriyayadək güclənib.
Elchi.az xəbər verir ki, bu barədə Meksikanın Su Resursları üzrə Milli Komissiyası (Conagua) “X” sosial şəbəkəsində məlumat yayıb.
Qurumun məlumatına görə, təbii fəlakətin mərkəzi hazırda Siuataneho şəhərindən (Gerrero ştatı) 355 km cənubda və Mansanilyodan (Kolima ştatı) 580 km cənub-şərqdə yerləşir. Daimi küləyin maksimum sürəti 72 m/s-yə, həmlələri isə 87,5 m/s-yə çatır. Qasırğa saatda 9 km sürətlə şərqə doğru hərəkət edir.
Qasırğanın dövranı Kolima, Miçoakan, Gerrero və Oaxaka ştatlarında intensiv yağıntı (75-dən 150 mm-dək), Xalisko ştatında isə çox güclü yağış ehtimalını artırır. Miçoakan və Gerrero sahilində hündürlüyü 3-dən 4 metrədək olan dalğalar proqnozlaşdırılır. Hakimiyyət orqanları Tekpan-de-Qaleanadan (Gerrero ştatı) Mansanilyoyadək (Kolima ştatı) olan ərazidə tropik fırtına küləkləri ilə əlaqədar müşahidə zonasını saxlayır.
Məryəm





















