image-israilin-lubnana-yonelik-saldirilarina-kuzey-koreden-kinama-pdutbackend

Şimali Koreya İsrailin Livana hücumlarını pisləyir

İsrailin Livana hücumlarını pisləyən növbəti bəyanat Şimali Koreyadan gəlib. Şimali Koreya Təl-Əvivin hərəkətini “amansız müharibə cinayəti və əxlaqsızlıq” adlandırıb.
Elchi.az xəbər verir ki, Fələstindən sonra İsrailin Livana hücumuna Şimali Koreyadan reaksiya gəlib. Adı açıqlanmayan Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən açıqlamada, “İsrailin özünümüdafiə və təhlükəsizlik hüququndan danışaraq qırğınlara, terrora və sui-qəsdlərə əl atdığı” qeyd edilib. “İsrailin vəhşiliyi və həyasızlığı beynəlxalq ictimaiyyətdə böyük nifrət və qəzəb doğurur” deyən bəyanatda əlavə edilib: “İsrailin Livana qarşı hərbi hücumu və terror aktları və çoxlu mülki vətəndaşı heç bir fərq qoymadan qətlə yetirməsi amansız müharibə cinayəti və əxlaqsızlıqdır”.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki