image-photo_106399backend

Şəkidə 200 nəfər sudan zəhərlənib? – “Azərsu” açıqlama verdi – YENİLƏNİB 

Şəkidə bir qəsəbənin 200-dən artıq  sakini zəhərlənib.

Alp.az xəbər verir ki, hadisə Yeni Çələbixan qəsəbəsində qeydə alınıb. Zəhərlənən şəxslərdən 41 nəfəri yeniyetmələr olub. Sakinlər qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Lakin Yeni Çələbixan qəsəbəsi sakinlərinin məlumatına görə zəhərlənənlərin sayı kifayət qədər çoxdur. Rəsmi qeydiyyatdan keçən 58 nəfərin 41 nəfəri yeniyetmədir. Qəsəbə sakinlərinin Alp.az verdiyi məlumata görə zəhərlənən şəxslərin çoxu öz evlərində müalicə alır. Lakin qəsəbənin su təhcizatını həyata keçirdən “Azərsu” ASC nə qaynar xətti, nə də mətbuat xidməti telefon zənglərinə cavab vermir.

Qəsəbə sakinləri bildirir ki, zəhərlənmə  böyük ehtimalla sudan olub.  Qida Təhlükəsizliyi Agentliyi tərəfindən məsələ araşdırılır.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

****

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Şəkinin Yeni Çələbixan qəsəbəsində bir gündə 58-dən çox vətəndaşın sudan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar:

“Artıq qurumun baş texnoloqu məlumatlandırılıb. Bizim regional laboratoriya əməkdaşları tərəfindən sudan nümunə götürülüb, məsələ araşdırılacaq”.

Alp Xəbər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki