“Rusiyanın Moldovadakı seçkilərə müdaxilə etməyə cəhd etməsi ilə bağlı ittihamları əsassızdır”.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Bizim Moldovada iştirakımız yoxdur. Hətta Moldova müxalifəti də qanunsuz hücumlara, təzyiqlərə, həbslərə məruz qalır. Rusiya Federasiyasının bununla nə əlaqəsi var? Bu, demokratik deyil, Moldova rəhbərliyinin avtoritar xəttidir”, – Peskov bildirib.
O əlavə edib ki, Rusiya mütəmadi olaraq ona qarşı əsassız ittihamlar eşidir. Lakin onun sözlərinə görə, ittihamların heç biri təsdiqini tapmayıb. Kreml nümayəndəsi əlavə edib ki, Moldova rəhbərliyi əvvəllər Rusiya ilə yaxşı münasibətlərin inkişaf etdirilməsində maraqlı olmayıb.
Yeganə