XİN: “Rusiya tərəfi Moldovanın siyasətinə layiqli cavab verəcək”
Qondarma “Pridnestroviya Moldova Respublikası”na gedən Rusiya sülhməramlıları Kişinyovda saxlanılıb. Alp.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB-nin ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.
“Rusiya kontingentini rotasiya qaydasında Pridnestrovyaya gedən rus zabitləri dəfələrlə Kişinyov hava limanında heç bir izahat verilmədən saxlanılıblar”, – Polişçuk bildirib.
Diplomat vurğulayıb ki, rəsmi Moskva bu cür münasibəti qeyri-dost hərəkət kimi qiymətləndirir: “Rusiya tərəfi Moldovanın siyasətinə layiqli cavab verəcək”.
Qeyd edək ki, bundan əvvəl qondarma qurumun “xarici işlər naziri” Vitali İqnatyev regionda sülhməramlı əməliyyatı gücləndirməyə çağırış edib. Onun sözlərinə görə, Kişinyovun ordunu modernləşdirmək cəhdləri regionda münaqişəni güc yolu ilə həll etmək niyyətindən xəbər verir.