Rusiya İran və İsrailə tur satışını dayandırıb

Rusiya İran və İsrailə tur satışını dayandırdı: Alternativ olaraq turistlərə Türkiyə turları təklif edildi.
Elchi.az xəbər verir ki, Rusiya Səyahət Sənayesi Dərnəyindən verilən yazılı açıqlamada Rusiya Xarici İşlər Nazirliyinin İran və İsrailə səyahət xəbərdarlığı etdiyi xatırladılıb. Açıqlamada Rusiyadakı tur şirkətlərinin xəbərdarlıqdan sonra İran və İsrailə tur satışını dayandırdığı, daha əvvəl satılan turlarda da ləğvlərin olduğu qeyd edilib.
Misirdəki hadisələrin də yaxından izləndiyinə dair məlumatların yer aldığı açıqlamada hazırda İran və İsraildə təxminən 500 turistin olduğu qeyd edilib. Açıqlamada fikirlərinə yer verilən Intourist İctimaiyyətlə Əlaqələr Direktoru Daria Domostroeva, "Turistlərə geri qaytarma və ya Türkiyə kimi alternativ yerlər təklif edirik",- deyib.
Nuranə Məmmədova