İranın səhm və kapital bazarları bağlanıb

İran hökumətinin sözçüsü Fatma Muhacirani ölkədə birja və kapital bazarlarının bağlandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, hökumət sözçüsü Mühacirani keçirdiyi mətbuat konfransında ölkənin fond bazarı və kapital bazarları ilə bağlı açıqlamalar verib.
Mühacirani ölkədə bank əməliyyatlarının davam etdiyini, insanların hər cür bank əməliyyatlarını həyata keçirə bildiyini, lakin xalqın kapitalını qorumaq üçün bazarda sabitlik əldə olunana qədər birja və kapital bazarlarının bağlandığını bildirib.
Nuranə Məmmədova