İsrail İran Dövlət Televiziyasının binasını vurdu

🗓 16.06.2025 19:47 ✍️ "Elçi" qəzeti
İsrail İran Dövlət Televiziyasının binasını vurdu


İran dövlət televiziyası və radiosu IRIB İsrailin hücumuna məruz qaldığını bildirib.
Elchi.az xəbər verir ki, İsrail ordusu İran dövlət televiziyasına hücum edib.
İsrail İranda mülki yaşayış məntəqələrinə hücumlar edəcəyini elan etdikdən sonra İran dövlət televiziyasının binasına zərbələr endirib.
İran Radio və Televiziya Korporasiyası (IRİB) paytaxt Tehrandakı binalarının İsrail tərəfindən hədəf alındığını açıqlayıb.
Sosial mediada paylaşılan görüntülərdə hücumun dövlət televiziyasında yayımlanan proqram zamanı baş verdiyi görünür.
İsrailin hücumlarına reaksiya verən qadın aparıcı canlı televiziyada olarkən baş verən hücum studiyaya ciddi ziyan vurub.
Kadrlarda partlayış anı və yayımın kəsilməsi də əks olunub.

 

Nuranə Məmmədova

 

Bənzər yazılar