İranda dron sexinə basqın edilib

🗓 16.06.2025 17:21 ✍️ "Elçi" qəzeti
İranda dron sexinə basqın edilib

İranda mini dron hücumları davam edərkən, təhlükəsizlik qüvvələri İsfahanda dron istehsalı sexinə basqın ediblər.
Elchi.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İsfahan polis rəisinin müavini Məhəmməd Rza Haşimifer şəhərdə pilotsuz təyyarə istehsalı sexinin aşkarlandığını bildirib.
Haşimifer təhlükəsizlik qüvvələrinin basqın etdiyi emalatxanada əhəmiyyətli miqdarda xüsusi avadanlıq və mini dron istehsalı üçün hissələrin ələ keçirildiyini, məsələ ilə bağlı 4 nəfərin nəzarətə alındığını bildirib.
Ehtimal olunur ki, iranlı agentlər emalatxanada pilotsuz təyyarələr istehsal edirmiş.
Tehran yaxınlığındakı “PUA bazası” iddiası
İsrail mediası Mossad-ın Tehran yaxınlığında “dron bazası” qurduğunu iddia edib.
Bu xəbərdən sonra ölkədə İsrail agentlərinin “mini dron” və partlayıcı maddələr istehsal edib yığdığı üç mərtəbəli gizli emalatxana aşkarlanıb. Dövlət televiziyası basqının görüntülərini yayımlayıb. Paytaxta yaxın Rey şəhərindəki emalatxanada çoxlu sayda pilotsuz uçan aparat hissələri və partlayıcı maddələrin tapıldığı görülüb.
Həmçinin ölkənin müxtəlif bölgələrində təhlükəsizlik qüvvələrinin əlavə pilotsuz təyyarə istehsalı sexlərinin ola biləcəyi və onları aşkar etməyə çalışdığı bildirilib.
Bəzi şəhərlərdə, xüsusən də Tehranda İsrail üçün işləyən bəzi şəxslərin tutulduğu bildirilib.

 

Nuranə Məmmədova

Bənzər yazılar