İsrail İranın Cənubi Pars qaz yatağına zərbə endirib

İsrail ordusu İranın cənub-qərbindəki Buşehr şəhərindəki Fəcr Cam zavoduna və Cənubi Pars yatağına xidmət edən infrastruktura zərbələr endirib.
Elchi.az xəbər verir ki, bu barədə Tasnim agentliyi öz Telegram kanalında bildirib .
Hadisə şənbə günü, iyunun 14-də baş verib. Hələlik itkilər barədə məlumat yoxdur.
Agentliyin məlumatına görə, Fəcr Cam zavodu İranın ən böyük Nar, Kanqan və Cənubi Pars yataqlarında hasil edilən qazı təmizləyir.
Hazırda ekspertlər fövqəladə vəziyyətin səbəblərini araşdırır və obyektlərin nə qədər tez fəaliyyətini bərpa edə biləcəyini müəyyənləşdirirlər.
Jurnalistlər qeyd ediblər ki, fövqəladə hallar xidmətləri Cənubi Parsdakı obyektdə yanğını tez bir zamanda lokallaşdırmağa və alovun genişlənməsinin qarşısını ala bilib. Nəticədə saytın dörd blokundan yalnız biri zədələnib.
Nuranə Məmmədova